Dekabrın 2-4-də Rusiyanın Sankt-Peterburq şəhərində II Beynəlxalq Mədəniyyət Forumu təşkil edilib. Forum çərçivəsində Dövlət Ermitajında müasir bəstəkarların «Musiqi bu gün» assambleyası təşkil edilib. Tədbirdə Giya Kançeli (Gürcüstan), Kşiştof Meyer (Polşa), İnam Lif (İsrail), Aleksandr Çaykovski (Rusiya), Aleksandr Knayfel (Rusiya) kimi müasir musiqinin görkəmli nümayəndələri ilə yanaşı, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin violonçel və orkestr üçün «Mərsiyə» əsəri ifa olunub. Bu əsərin ifası üçün məşhur alman violonçel ifaçısı Yulius Berger foruma dəvət edilib.
Qeyd edək ki, Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumu artıq ikinci dəfədir ki, keçirilir. Budəfəki Forumda 50 ölkədən 2000-dək dünya miqyasında tanınmış mədəniyyət və incəsənət xadimi iştirak edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar