Dekabrın 7-də Beynəlxalq Muğam Mərkəzində UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının iştirakçıları üçün möhtəşəm muğam axşamı təşkil edilib. Gecədə Xalq artisti, UNESCO mükafatçısı, görkəmli muğam ifaçısı Alim Qasımov və qızı - Əməkdar artist Fərqanə Qasımova möhtəşəm konsert proqramı ilə çıxış ediblər. Onların ifasında təqdim olunan “Şur” muğam dəstgahı alqışlarla qarşılanıb.