Dövlət Filarmoniyasında keçirilən konsertdə görkəmli Azərbaycan və rus bəstəkarlarının məşhur əsərləri səslənib

Dekabrın 12-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin əziz xatirəsinə ithaf edilmiş klassik musiqi gecəsi keçirilib.

Azərbaycan xalqının ümummilli liderinin vəfatının 10-cu ildönümü ilə əlaqədar təşkil olunan konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Azərbaycan və rus bəstəkarlarının əsərləri təqdim olunub.
Anım gecəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konsert proqramında Qara Qarayevin “Matəm odası”, “İldırımlı yollarla” baletindən adajio və final səhnəsi, Fikrət Əmirovun “Nizaminin xatirəsinə” simfoniyası (1-ci hissə), Soltan Hacıbəyovun “Karvan” simfonik lövhələri, Rauf Əliyevin “Şuşanın dağları başı dumanlı”, Pyotr Çaykovskinin “Romeo və Cülyetta” uvertüra-fantaziyası, Dmitri Şostakoviçin 5 saylı simfoniyası (3-cü hissə) səslənib.
Orkestrin bədii rəhbəri və baş dirijoru, Xalq artisti Rauf Abdullayevdir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar