Dekabrın 11-də Heydər Əliyev Mərkəzində Rusiyanın Pyotr Çaykovski adına Böyük Simfonik Orkestrinin təqdimatında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş klassik musiqi gecəsi keçirilib.
Konsert Rusiyanın Xalq artisti Dmitri Lissin dirijorluğu ilə gerçəkləşib. Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsertdə iştirak etməkdən şərəf duyduğunu bildirən rusiyalı sənətkar proqrama dahi şəxsiyyətin sevimli əsərlərinin - Azərbaycan, Rusiya və digər ölkə bəstəkarlarının musiqilərinin daxil edildiyini deyib: “Bu konsert bizim üçün xüsusilə təsirlidir. Ona görə ki, orkestr üzvlərinin əksəriyyəti vaxtilə şəxsən Heydər Əliyevlə görüşmüş insanlardır. Azərbaycan xalqının ümummilli lideri ilə orkestrin bədii rəhbəri və baş dirijoru, SSRİ Xalq artisti Vladimir Fedoseyev arasında səmimi münasibətlər olub”.
Gecə dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüranın ifası ilə başlanıb. Konsertdə Azərbaycanın görkəmli bəstəkarları Qara Qarayev, Fikrət Əmirov və Niyazinin əsərləri səslənib. Həmçinin dünya klassikası - İohannes Brams, Vinçenso Bellini, Cakomo Puççini, Pyotr Çaykovski, Sergey Raxmaninov, Georgi Sviridov və Frans Vaksmanın ölməz əsərləri təqdim olunub.
Orkestrin müşayiəti ilə Xalq artisti Samir Cəfərov, Əməkdar artist Aygün Zeynalova, solist Afaq Abbasova və skripkaçı Elvin Qəniyev çıxış ediblər.
1930-cu ildə yaradılmış Pyotr Çaykovski adına Böyük Simfonik Orkestrə 1974-cü ildən SSRİ Xalq artisti Vladimir Fedoseyev rəhbərlik edir. Orkestr dünyanın müxtəlif ölkələrində qastrollarda olub, beynəlxalq festivallarda çıxış edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar