Xəbər verdiyimiz kimi, noyabrın 30-da Ukraynanın paytaxtı Kiyevdə uşaqlar arasında “Eurovision” ("Junior Eurovision - 2013") mahnı müsabiqəsinin finalı olub. 12 ölkədən gənc istedadların iştirak etdikləri budəfəki mahnı müsabiqəsi “Be Creative” (“Kreativ ol”) devizi altında keçirilib. Yarışmada Azərbaycanı Rəşid Behbudov adına 2 nömrəli onbirillik uşaq musiqi məktəbinin şagirdi, 10 yaşlı Rüstəm Kərimov təmsil edib. Onun ifa etdiyi “Me and my Guitar” (“Mən və gitaram”) mahnısı böyük maraqla qarşılanıb. Təmsilçimiz müsabiqədə 7-ci yeri tutaraq mükafatçılar sırasına daxil olmasa da, onun gözəl debütü tamaşaçıların qəlbini fəth edib. Rüstəm Kərimov xüsusi “Tamaşaçı rəğbəti” mükafatı ilə təltif olunub.
Qeyd edək ki, bu il “Junior Eurovision” mahnı müsabiqəsinin qaydalarına dəyişiklik edilmişdi. Əvvəllər müsabiqədə bir qalib olurdusa, bu dəfə ilk üç yeri tutan iştirakçıya “qızıl”, “gümüş” və “bürünc” mükafatlar verilib. Daha bir yenilik isə bu olub ki, bütün ölkələrin iştirakçıları səsvermənin nəticələrini birbaşa Kiyevdən, “Ukrayna” sarayından elan ediblər. Müsabiqəni canlı yayımlayan ölkələrdə səsvermənin yekun nəticəsi telesəsvermənin və münsiflər heyətinin səsinin nəticələrindən 50:50 nisbətində toplanır.
Malta nümayəndəsi, 11 yaşlı Qayya Kauçi “The Start” (“Başlanğıc”) lirik balladası ilə müsabiqənin qalibi olub. Ukrayna təmsilçisi Sofiya Tarasova ikinci, Belarusu təmsil edən İlya Volkov isə üçüncü yeri tutub.
İlk üç yeri tutan finalçıya müsabiqənin rəmzinə uyğun gələn “Puzzle-man” mükafatları təntənəli şəkildə təqdim olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar