Dekabrın 21-də Əskişəhərdə ilk dəfə təşkil olunan “Türkvizyon” beynəlxalq musiqi müsabiqəsinin final mərhələsi keçirilib. TÜRKSOY təşkilatı, “Əskişəhər-2013” Türk Dünyasının Mədəniyyət Paytaxtı Agentliyi, Anadolu Universiteti və TMB televiziya kanalının təşkilatçılığı ilə gerçəkləşən yarışmada Avrasiya məkanından türk toplumlarının yaşadığı 24 ölkə və diyar, o cümlədən Rusiya Federasiyasının türk-müsəlman respublikaları təmsil olunub. İştirakçıların çıxışlarını 24 münsif (hər ölkədən 1 nəfər olmaqla) qiymətləndirib.
Azərbaycan təmsilçisi Fərid Həsənov bəstəkar Gövhər Həsənzadənin “Yaşa” mahnısını ifa edib. Münsiflərdən ən çox - 210 bal alan təmsilçimiz ilk “Türkvizyon” mahnı müsabiqəsinin qalibi olub. Fərid Həsənova mükafatı Türkiyənin milli təhsil naziri Nabi Avcı təqdim edib.
İkinci yeri 205 balla Belarus, üçüncü yeri isə 200 balla Ukrayna təmsilçiləri tutublar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar