Heydər Əliyev Mərkəzində gürcü müzikli

Yanvarın 17-də Heydər Əliyev Mərkəzində Gürcüstanın kino və teatr ulduzlarının iştirakı ilə “Vera məhəlləsinin musiqiləri” (“Melodies of Vera District”) müzikli tamaşaçılara təqdim olunacaq.
1973-cü ildə Georgi Şenqelayanın quruluşunda lentə alınmış musiqili komediya Gürcüstan və onun hüdudlarından kənarda böyük şöhrət qazanıb. Həmin filmin motivləri əsasında hazırlanan müziklə fransız rejissoru və xoreoqrafı Reda Bentifora quruluş verib. Tamaşada dramaturgiya, musiqi, ifaçılıq sənəti, xoreoqrafiya və xüsusi effektlər bir-biri ilə mükəmməl vəhdət təşkil edir.
Müzikldə Gürcüstanın tanınmış sənət adamları Vaxtanq Kikabidze, Sofiya Nijaradze, Nodiko Tatişvili, Stefan Ketato, Z.Paliaşvili adına Gürcüstan Dövlət Opera və Balet Teatrının, İ.Suxişvili adına Gürcüstan Xalq Rəqsləri Ansamblının solistləri çıxış edəcəklər.
İndiyədək müziklin Gürcüstanda 25 təqdimatı tam anşlaqla keçib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar