Sankt-Peterburq Filarmoniyasında Fərəc Qarayev, Volfqanq Amadey Motsart və Georq Fridrix Hendelin əsərlərindən ibarət konsert

Yanvarın 21-də Dmitri Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasının böyük zalında görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Fərəc Qarayevin böyük simfonik orkestr üçün yazdığı “Mən Motsart ilə Praqada Karlov körpüsündə vidalaşdım” serenadası səslənəcək.
Sankt-Peterburq Akademik Filarmoniyasının saytında yer alan məlumata görə, klassik və müasir bəstəkarların musiqisinin görüşünü təcəssüm etdirən konsertin proqramına həmçinin Volfqanq Amadey Motsartın 38-ci simfoniyası, Georq Fridrix Hendelin 2 №-li “Si bemol major” və Rusiyanın tanınmış gənc bəstəkarı, beynəlxalq müsabiqələr laureatı Mixail Krutikin skripka, fleyta, klavir və kamera orkestri üçün konserti də daxil edilib.
Filarmoniyanın simfonik orkestrinə Fyodor Lednyov dirijorluq edəcək. Solistlər Mixail Krutik (skripka), Georgi Dolqov (fleyta), Nikolay Majaradır (klavir). Klassik musiqi axşamı anşlaqla keçəcək. Sankt-Peterburq Akademik Filarmoniyasının saytında verilən məlumatda konsertə bütün biletlərin satılıb qurtardığı qeyd olunur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar