Yanvarın 29-da Heydər Əliyev Mərkəzində Türkiyənin Bilkənt Simfonik Orkestrinin konserti keçiriləcək. Heydər Əliyev Mərkəzindən bildiriblər ki, orkestrin bədii rəhbəri İşın Metinin dirijorluğu ilə təqdim olunacaq konsert proqramında skripkada Azərbaycanın Əməkdar artisti Toğrul Qəniyev çıxış edəcək. Konsertdə tamaşaçılara türk, alman və rus bəstəkarları Ülvi Cemal Erkin, Feliks Mendelson və Sergey Raxmaninovun əsərləri təqdim olunacaq.
Bilkənt Simfonik Orkestri UNICEF-in Türkiyədə xoşməramlı səfiri missiyasını daşıyır. Ölkələr arasında musiqi körpüsü yaratmaq orkestrin təməl prinsiplərindən biridir. Kollektiv bu məqsədlə İtaliya, San-Marino, İsveçrədə keçirilən bir çox beynəlxalq festivallarda çıxış edib, Almaniya, Portuqaliya, Belçika və Yaponiyada konsertlər verib.