Yanvarın 20-də 59-cu “Eurovision” mahnı müsabiqəsinin ev sahibliyini edəcək Danimarkanın paytaxtı Kopenhagendə püşkatma mərasimi keçirilib. Mərasimin aparıcıları builki müsabiqənin püşkatmasının qaydalarını izah ediblər. Qeyd olunub ki, Danimarkanın qonşuları İsveç və Norveç əvvəlcədən müəyyən olunduğu kimi müvafiq olaraq 1-ci və 2-ci yarımfinallarda mübarizə aparacaqlar. Bu addım hər iki ölkədən gələcək azarkeşlərin sayının çox olması və digər ölkələrdən olan azarkeşlər üçün biletlərin saxlamasının vacibliyi ilə əlaqələndirilib. Həmçinin bildirilib ki, qonşu ölkələrin bir-birinə səs verməsinin qismən önləmək üçün ölkələr 6 səbətə bölünüb. Azərbaycanın adı Belarus, Gürcüstan, Rusiya və Ukrayna ilə birlikdə 3-cü səbətə salınıb.
Sonra püşkatma keçirilib və nəticədə Azərbaycan təmsilçisinin 1-ci yarımfinalın birinci hissəsində İsveç, Albaniya, İslandiya, Rusiya, Latviya, Ermənistan və Estoniya nümayəndələri ilə yarışacağı məlum olub. Birinci yarımfinalın ikinci hissəsində isə Belçika, Macarıstan, Moldova, Monteneqro, San-Marino, Portuqaliya, Niderland və Ukrayna mübarizə aparacaq.
Qeyd edək ki, ötən il İsveçin Malmö şəhərində keçirilən “Eurovision” mahnı müsabiqəsində Danimarka təmsilçisi Emili de Forest qalib gəlib və bu ölkə 2014-cü ilin müsabəqəsinə ev sahiblik etmək hüququ qazanıb.
Bu ilin “Eurovision” müsabiqəsinin 1-ci yarımfinalı mayın 6-da, 2-ci yarımfinalı mayın 8-də, final isə mayın 10-da Kopenhagenin “B&W Hallerne” arenasında keçiriləcək. Azərbaycanın müsabiqədə təmsilçisi mart ayında bəlli olacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar