Yanvarın 27-də Buxarestin “Lumina” Universitetində azərbaycanlı və türk piano ifaçılarının konserti keçirilib. Musiqi gecəsi Rumıniya Türk Qadın İş Adamları Dərnəyinin təşkilatçılığı ilə gerçəkləşib.
Dərnəyin sədri Birgül Şenyuva konsertdə iştirak üçün dəvəti qəbul etdiyinə görə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, Azərbaycanın Xalq artisti Yeganə Axundovaya və akademiyanın doktorantı Dərya Ağçaya minnətdarlığını bildirib. Belə tədbirlərin xarici ölkələrdə Azərbaycan və türk mədəniyyətlərinin tanıdılması baxımından əhəmiyyətini vurğulayıb.
Musiqi gecəsində Azərbaycan və türk bəstəkarlarının əsərləri, xalq musiqiləri səslənib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar