Mu­rat Boz Ba­kı­ya gə­lə­cək
   
   Tür­ki­yə­nin “ye­ni me­qas­ta­rı” Mu­rat Boz mar­tın 17-18-də Hey­dər Əli­yev Sa­ra­yın­da kon­sert proq­ra­mı ilə pə­rəs­tiş­kar­la­rı­nın gö­rü­şü­nə gə­lə­cək. 1980-ci il­də Türkiyənin Zon­qul­daq vi­la­yə­tin­də ana­dan olan Mu­rat Boz İs­tan­bul Ana­do­lu Gö­zəl Sə­nət­lər Li­se­yin­də, Bil­gi Uni­ver­si­te­ti­nin caz-vo­kal sin­fin­də oxu­yub. Da­ha son­ra İs­tan­bul Tex­ni­ki Uni­ver­si­te­ti­nin Türk Mu­si­qi­si Döv­lət Kon­ser­va­to­ri­ya­sın­da təh­sil alıb.
   U­zun müd­dət me­qas­tar Tar­ka­nın vo­ka­lis­ti ki­mi ça­lı­şan Mu­rat Boz müx­tə­lif vaxt­lar­da Şa­ki­ra, Ni­lu­fər, Na­zan Ön­cəl, De­met Sa­rıoğ­lu, Han­de Ye­nər, Bur­cu Gü­nəş ki­mi sə­nət­çi­lə­rin, “Hep­si” qru­pu­nun al­bom və səh­nə per­for­mans­la­rın­da vo­ka­list­lik edib.
   So­lo kar­ye­ra­sı­na 2006-cı il­də baş­la­yıb. “Püf”, “U­çu­rum”, “Vaz­geç­mem”, “Ha­yat sa­na gü­zel”, “Ge­ri dö­nüş ol­sa”, “Öz­le­dim”, “Ol­mu­yor” və s. mah­nı­la­rı hi­tə çev­ri­lib və mü­ğən­ni­yə bö­yük ta­ma­şa­çı sev­gi­si qa­zan­dı­rıb. Pia­no, skrip­ka və ney­də ifa et­mə­yi ba­ca­ran Mu­rat Boz ya­zar və bəs­tə­kar ki­mi də fəa­liy­yət gös­tə­rir. 2011-2013-cü il­lər­də Ha­di­sə, Hül­ya Av­şar və Mus­ta­fa San­dal­la bir­gə “O səs Tür­ki­yə” ya­rış­ma­sı­nın mün­sif­lər he­yə­tin­də yer alıb. “World Con­su­mer Aca­demy”, “İs­tan­bul FM Al­tın”, “Al­tın Ke­le­bek” və s. mü­ka­fat­la­rın lau­rea­tı­dır.
   A­zər­bay­can­da da po­pul­yar olan sə­nət­çi­nin Ba­kı­da ilk so­lo kon­ser­ti Nov­ruz bay­ra­mı ərə­fə­sin­də mu­si­qi­se­vər­lə­rə hə­diy­yə ola­caq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar