Fevralın 2-də Estoniyanın Narva şəhərində X Beynəlxalq Şopen müsabiqəsinin açılışı olub. Müsabiqədə 7-18 yaşlı pianoçular böyük polyak bəstəkarının əsərlərini ifa edəcəklər. Estoniya Mədəniyyət Nazirliyi, Polşa Mədəniyyət və Milli İrs Nazirliyi, Polşanın Estoniyadakı səfirliyi, Polşadakı Milli Şopen İnstitutu və Varşavadakı Şopen Cəmiyyətinin dəstəyi ilə keçirilən müsabiqə Narva şəhər hakimiyyəti tərəfindən təşkil edilib.
Builki yubiley müsabiqəsində Azərbaycandan olan gənc istedadlar - Bülbül adına orta ixtisas musiqi məktəbinin yetirmələri Nərmin Nəcəfli, Leyla Zeynalova və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi Nərgiz Əliyeva da iştirak edir.
Müsabiqə üç yaş qrupunda keçirilir: 12 yaşa qədər, 13-15 yaş və 16-18 yaş. Münsiflər heyəti fevralın 3-dən 7-dək iştirakçıları Narva musiqi məktəbinin zalında dinləyəcək, fevralın 9-da isə Tallinndəki “Estoniya” konsert zalında laureatların yekun konserti olacaq.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar