Fevralın 6-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində (AMMDM) L. və M.Rostropoviçlərin ev-muzeyi, M.İ.Qlinka adına Ümumrusiya Musiqi Mədəniyyəti Muzeyləri Birliyi və Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi ilə birgə violonçel sənətinə həsr olunmuş tədbir keçirildi.

Tədbir iştirakçıları əvvəlcə muzeyin foyesində “Rus violonçel məktəbi” adlı fotosərgi ilə tanış oldular.
AMMDM-in direktoru Alla Bayramova qonaqları salamlayaraq muzeydə belə bir tədbirin ilk dəfə keçirildiyini və onun təşəbbüskarının Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi olduğunu bildirdi.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin rəhbəri Valentin Denisov çıxışında qeyd etdi ki, rus violonçel məktəbinin 150 ildən çox yaşı var. Onun banilərindən biri rus bəstəkarı və violonçelist Karl Davıdovdur. Azərbaycanda da bu sənətə böyük maraq göstərildiyini deyən natiq bu tədbirin keçirilməsinin təsadüfi olmadığını vurğuladı. Bu, Bakıda anadan olmuş dahi musiqiçi, dünya şöhrətli violonçel ifaçısı Mstislav Rostropoviçin adı ilə bağlıdır. Bildirildi ki, tədbir bu ilin mayında Bakıda keçiriləcək VII Beynəlxalq Mstislav Rostropoviç festivalına bir növ müqəddimədir.
Muzeyin şöbə müdiri Xanım Abdinova çıxışında bildirdi ki, violonçel sənəti Azərbaycana ötən əsrin əvvəllərində gəlib. Dahi bəstəkar Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Moskvadan Milli Konservatoriyaya violonçel ifaçıları dəvət olunub. Həmin sənətkarlar arasında Mstislav Rostropoviç də olub. O, gənclərin yetişməsində böyük zəhmət çəkib. Beləliklə, bu sənətin musiqi məktəblərimizdə tədrisinə şərait yaradılıb.
Tədbirdə Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, violonçel ifaçısı Eldar İsgəndərovun tərtibçisi və müəllifi olduğu “İki violonçel üçün” not məcmuəsinin təqdimatı da oldu. Tədbir violonçel musiqiçilərinin konsert proqramı ilə davam etdirildi.

S.Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar