Londonda yaşayan tanınmış azərbaycanlı skripkaçı Səbinə Rakçeyeva Avropanın bir sıra ölkələrində konsert proqramları ilə çıxış edəcək.
Fevralın 11-də ifaçının Belçikanın Brüssel şəhərində konserti olacaq. Səbinə Rakçeyevanın fevralın son günlərində Fransanın Paris və Böyük Britaniyanın London şəhərlərində çıxışları isə Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr ediləcək.
Həmvətənimiz 8, 11, 18 mart tarixlərində Britaniyanın York, London, Bristol şəhərlərində səhnəyə çıxacaq. Tanınmış skripkaçının aprelin 5-də Böyük Britaniyanın Kembric şəhərində, aprelin 22-dən 28-dək isə Polşada konsertləri nəzərdə tutulub. Musiqiçi mayın 1-2 və 11-də Londonda, ayın 24-də isə Britaniyanın Norviç şəhərlərində konsert verəcək.