Aprelin 19-20-də SSRİ Xalq artisti Tamara Sinyavskaya Moskvadakı V.İ.Muradeli adına musiqi məktəbində açıq ustad dərsi keçəcək. Müslüm Maqomayev Mədəni-Musiqi İrsi Fondunun saytında yer alan məlumata görə, ustad dərsinin iştirakçıları ali musiqi məktəblərinin vokal bölmələrinin tələbələri, musiqi teatrının gənc artistləri olacaqlar.
Professor Tamara Sinyavskaya Rusiya Teatr Sənəti Universitetində kafedra müdiri kimi pedaqoji fəaliyyətə çox vaxt ayırır. Başqa təhsil müəssisələrinin vokalçıları üçün opera səhnəsinin belə bir sənətkarının ustad dərslərini dinləmək böyük bir imkan olacaq. Açıq dərsdə fəal iştirak etmək istəyənlər aprelin 11-dək müraciət edə bilərlər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar