Fevralın 24-də Mstislav Rostropoviç Fondunun təşkilatçılığı ilə Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasının böyük zalında görkəmli ABŞ pianoçusu Van Klibernin xatirəsinə həsr olunmuş konsert keçiriləcək. Bu barədə fondun saytında məlumat verilib.
Konsertdə görkəmli pianoçunun doğma vətəni olan Texas ştatının Fort Vort şəhərində keçirilmiş Van Klibern beynəlxalq müsabiqəsinin laureatları, o cümlədən Vladimir Viardo, Stanislav Yudeniç və Vadim Xolodenko çıxış edəcəklər.
Konsertin ikinci hissəsində Rusiya Milli Orkestri tərəfindən Mixail Pletnyovun dirijorluğu ilə Van Klibernin çox sevdiyi əsər - Pyotr Çaykovskinin “Altıncı simfoniya”sı səsləndiriləcək.
Görkəmli pianoçu Van Klibern 2013-cü il fevralın 27-də vəfat edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar