Belarusda növbəti “Zolotaya pçelka” uşaq yaradıcılığı festivalı keçiriləcək

Mayın 28-dən iyunun 1-dək Belarusun Mogilyov vilayətinin Klimoviçi şəhərində “Zolotaya pçelka” (“Qızıl arı”) XIV uşaq yaradıcılığı festivalı keçiriləcək.
Belarusun Azərbaycandakı səfirliyindən bildiriblər ki, 1996-cı ildən keçirilən festivalı Mogilyov vilayətinin və Klimoviçi rayonunun icraiyyə komitələri təşkil edir.
Festival gənc ifaçıların çoxmillətli yaradıcılıq bayramıdır və Belarus Respublikasının mədəni həyatında əhəmiyyətli yer tutur. Ötən illərdə festivalda dünyanın iyirmi ölkəsindən, Azərbaycandan uşaqlar iştirak ediblər.
“Zolotaya pçelka” XIV uşaq yaradıcılığı festivalı tarixində bir çox parlaq ulduzlara yol açıb və yaradıcı gələcəyə tramplin olub. Uşaqlar arasında “Eurovision” mahnı müsabiqəsinin qalibi və laureatları Kseniya Sitnik, Andrey Kunets, Lidiya Zabolotskaya bu festivalda tanınıblar.
Festival iştirakçılarının xərcləri təşkilatçıların hesabına həyata keçirilir. Göndərən tərəf iştirakçının nəqliyyat xərclərini, viza və sığorta polisinin haqqını ödəyir.
Müsabiqənin keçirilməsi şərtlərini, ərizə formasını səfirliyin saytından əldə etmək olar.
Festivalda iştirak üçün ərizələr martın 20-dək qəbul edilir.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar