Xəbər verildiyi kimi, müasir musiqinin fəlsəfi-estetikasını yenidən yaradan, avanqard musiqinin patriarxı hesab edilən məşhur Amerika bəstəkarı Con Keycin 100 illiyinə həsr edilən “Mega-music” layihəsi həyata keçirilir. Layihə çərçivəsində Almaniya və ABŞ-ın 100-dək tanınmış bəstəkarının iştirakı ilə “Cage-100” əsəri hazırlanıb. Bu əsərin özəlliyi ondadır ki, hər bəstəkar öz üslubunu saxlamaqla özündən əvvəlki həmkarının not sətirlərini davam etdirir.
Görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, professor Firəngiz Əlizadə də almaniyalı bəstəkarların siyahısında bu layihəyə cəlb edilib.
Müasir musiqinin ən yeni texnologiyalarının əks olunduğu “Mega-music” layihəsinin premyerası ötən ilin oktyabrında Nyu-Yorkdakı “Miller-Theatr”da keçirilib. Yanvarın sonlarından etibarən isə “Cage-100” layihəsinin Avropada premyerası başlanıb. Əsərin əlyazması nəfis şəkildə nəşr edilərək layihədə iştirak edən bəstəkarlara hədiyyə olunub. Firəngiz Əlizadə layihədə 88-ci sıradadır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar