Azərbaycan Gəncləri Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi “Gəncliyin səsi” festivalı başa çatdı. Fevralın 7-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında festivalın son musiqi gecəsi keçirildi. Gecədə Xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi və dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış etdi.
Festivalın yekun konsertində İohann Sebastyan Bax, Karl Mariya Veber, Lauri Grendahl, həmçinin gənc bəstəkarlardan Tural Məmmədli, Cavad Abrahe, Məmmədağa Ümidovun əsərləri səsləndirildi. Əsərləri beynəlxalq müsabiqələr laureatları Mustafa Xəlilov, Emil Bağırov, Cəmilə Qarayusifli və Səbuhi Axundov ifa edirdilər.

 Savalan Fərəcov
 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar