Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakı şəhər T.Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin şagirdi Ayan Məmmədli və G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin şagirdi Maqsud Musazadə 6-10 fevral tarixində Malta Respublikasının Valletta şəhərində gənc pianoçuların beynəlxalq müsabiqəsində iştirak ediblər.
Almaniya, Azərbaycan, Çin, Fransa, İtaliya, Koreya, Qazaxıstan, Litva, Malta, Portuqaliya, Rusiya, Türkiyə və Yaponiyadan 30-dan çox gənc pianoçunun iştirak etdiyi müsabiqədə Ayan Məmmədli III dərəcəli diploma və K.Koellinqin "Macar rapsodiyası"nın ən yaxşı ifasına görə xüsusi mükafata layiq görülüb. Maqsud Musazadə K.Çerninin "Noktürn" əsərinin ifasına görə diplomla təltif olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar