Xəbər verdiyimiz kimi, fevralın 2-dən 8-dək Estoniyanın Narva şəhərində pianoçuların X beynəlxalq Şopen müsabiqəsi keçirilib. Üç yaş qrupu üzrə müsabiqədə 15 ölkədən 61 gənc pianoçu, o cümlədən Azərbaycan təmsilçiləri iştirak ediblər.
Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdi Leyla Zeynalova öz ifası ilə fərqlənərək 2-ci yeri tutub. Məktəbin daha bir yetirməsi - Nərmin Nəcəfli isə “Young budding artist” xüsusi diplomuna layiq görülüb.
Xatırladaq ki, 2012-ci ildə Leyla Zeynalovanın böyük qardaşı Rüstəm Şopen müsabiqəsinin “Qran-pri” mükafatına layiq görülmüşdü.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar