Fevralın 13-dən 23-dək İranın paytaxtı Tehranda 29-cu beynəlxalq “Fəcr” musiqi festivalı keçirilib. Festivalda 16 ölkədən tanınmış ifaçılar və musiqi qrupları iştirak ediblər.

Danimarka, Tunis, Rusiya, Avstriya, Almaniya, İraq və digər ölkələrdən məşhur musiqiçilərlə yanaşı, festivalda Azərbaycanın Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, beynəlxalq müsabiqələr laureatı, tarzən Ramiz Quliyev də çıxış edib.
Tehranın “Təlar Vəhdət”, “Niavaran” konsert salonlarında, “Honar” mədəniyyət mərkəzində keçirilən konsertlərdə Ramiz Quliyevi Azərbaycan Dövlət Televiziya və Radio Şirkətinin Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblı müşayiət edib.
Festivalda görkəmli tarzənin, Dövlət Akademik Opera və Balet Teatrının solisti Fərid Əliyevin və gənc istedadlı xanəndə Əli Hacızadənin ifaları dinləyicilər tərəfindən maraqla qarşılanıb.
Təşkilatçıların qərarına əsasən professor Ramiz Quliyev “Fəcr” musiqi festivalının yüksək mükafatı olan “Qızıl çəng”lə təltif edilib.
Konsertlərin dinləyiciləri arasında İranın vitse-prezidenti, mədəniyyət naziri, digər rəsmiləri olublar. Azərbaycan bəstəkarlarının əsərlərini və muğamlarımızı məharətlə ifa edən Ramiz Quliyevin hər ifası ayaqüstə alqışlanıb. İran kütləvi informasiya vasitələrinin festivalla bağlı yaydığı materiallarda Ramiz Quliyevin parlaq ifası xüsusi qeyd edilib, “böyük ustad” adlandırılıb. Bundan başqa, festival çərçivəsində İranın Mədəniyyət Nazirliyi tərəfindən İran Dövlət Musiqi Muzeyində professor Ramiz Quliyevin yaradıcılığına həsr olunmuş sərgi təşkil olunub.
Xatırladaq ki, tarzən Ramiz Quliyev “Fəcr” musiqi festivalında artıq beşinci dəfədir Azərbaycanı uğurla təmsil edir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar