Fevralın 28-də Azərbaycan Milli İncəsənət Muzeyində R.Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbi şagirdlərinin hesabat konserti keçirildi.

Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşları, Bakı Musiqi Akademiyasının professorları, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının sədri Cəmilə Səttarova və musiqi məktəblərinin direktorları iştirak edirdilər.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Konserti məktəbin müəllimi Natəvan Əhmədova açaraq məktəbin fəaliyyəti haqqında danışdı.
Sonra konsert proqramı təqdim olundu. Məktəbin fortepiano, tar, kamança, skripka, fleyta ixtisası üzrə təhsil alan şagirdlərinin ifaları dinlənildi. Prezident təqaüdçüsü, respublika müsabiqələri laureatlarının, skripkaçılar ansamblının çıxışları böyük marağa səbəb oldu.
Məktəbin məzunu Sadıq Məlikovun (vokal) ifasında ölməz sənətkar SSRİ Xalq artisti Rəşid Behbudovun repertuarından təqdim olunan musiqi nömrələri alqışlarla qarşılandı. Şagirdlərin ifasında A.Məlikovun “Prelüdiya”, H.Rzayevin “Çahargah rapsodiyası”, V.A.Motsartın “Fiqaronun toyu” operasından “Uvertüra”, F.Şopenin “Polonez”, E.Qriqin “Etüd”, P.İ.Çaykovskinin “Barkarolla”, S.Prokofyevin “Marş”, A.Skultenin “Arietta”, D.Şostakoviçin “Vals” və başqa əsərlər səsləndi.
Sonda məktəbin direktoru, Əməkdar mədəniyyət işçisi Qəmər Quliyeva konsertin iştirakçılarına öz təşəkkürünü bildirdi.

Lalə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar