Fevralın 28-də Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə “Rostropoviçin pedaqoji fəaliyyəti” adlı tədbir keçirildi.

Leopold Rostropoviçin anadan olmasının 122-ci ildönümünə həsr edilən tədbirdə çıxış edən muzeyin direktoru Şeyla Heydərova sənətkarın həyat və fəaliyyətindən danışdı. Bildirdi ki, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin dəvəti ilə Bakıya gələn Leopold Rostropoviç ölkəmizdə violonçel ifaçılarının yetişməsində böyük rol oynayıb. Onun yetirmələri arasında Asəf Zeynallı, Əbdülrəhman Kərimov, Hüseyn Veysov, Ələkbər Daşdəmirov kimi musiqiçilər var.
Polşanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Beata Baranska, Bakı Musiqi Akademiyasının ifaçılıq fakültəsinin dekanı, Əməkdar incəsənət xadimi Nəzmiyyə Abbaszadə, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru Kamal Paşazadə çıxış edərək Leopold Rostropoviçin yaradıcılığını yüksək qiymətləndirdilər.
Bakı Musiqi Akademiyasının tələbələri konsert proqramı ilə çıxış etdilər. Konsertdə Leopold və Mstislav Rostropoviçlərin ifa etdikləri musiqilər, həmçinin Azərbaycan bəstəkarlarının əsərləri səsləndirildi.
Tədbirdə Leopold Rostropoviçin həyat və yaradıcılığını əks etdirən videoçarx və muzeyin fondunda saxlanan eksponatlar nümayiş olundu. Moskvadakı Qnesinlər adına memorial ev-muzeyindən və Mstilav Rostropoviçin Sankt-Peterburq şəhərindəki arxivindən əldə olunmuş, XX əsrin əvvəllərinə aid nadir materiallar tədbir iştirakçılarının marağına səbəb oldu.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar