Macarıstanın paytaxtı Budapeştin F.List adına Musiqi Akademiyasının kamera zalında həmyerlimiz Jalə Rəsulovanın diplom konserti olub. Konsertin birinci hissəsinə İ.S.Bax, L.V.Bethoven, R.Şuman və K.Debüssinin əsərləri səslənib. İkinci hissədə isə Jalə Rəsulova peşəkar musiqiçilərlə (violonçel - yaponiyalı Mizuki Ueda, skripka - avstriyalı Miranda Liu) L.V. Bethovenin "B flat major Piano Trio"-sunu ifa edib.
1989-cu ildə Bakıda doğulan Jalə kiçik yaşlarından musiqi ilə məşğul olub, həm solo, həm də Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Q.Qarayev adına Dövlət Kamera Orkestri ilə çıxış edib. 2011-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bakalavr pilləsini qırmızı diplom ilə bitirdikdən sonra Budapeştdə F.List adına Musiqi Akademiyasının magistr pilləsinə daxil olub. Təhsil müddətində Budapeştdə, eləcə də Avstriyanın paytaxtı Vyanada konsertlərdə çıxış edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar