Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məktəb-studiyası və Azərbaycan Milli Konservatoriyasının nəzdində musiqi kolleci mədəniyyətimizə neçə-neçə görkəmli simalar bəxş edib. Bu gün də tədris ocaqlarının yetirmələrinin əksəriyyəti respublika və beynəlxalq müsabiqələr laureatlarıdır. Onlar mütəmadi olaraq sənətsevərlərə musiqi töhfələrini bəxş edirlər.
Martın 3-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçirilən konsert proqramı da iki məktəbin birgə layihəsi idi. Konsertdə musiqi kollecinin tələbələri İbrahim Babayev (tar), Günel Rizvanova (fortepiano), Təhminə Xuduzadə (violonçel), Cavid Əzizov (fortepiano), Xədicə Tofiqzadə (violin), Rəhilə Məmmədova (tar), Eldəniz Ələkbərzadə (fortepiano) və məktəb-studiyanın şagirdləri Firəngiz Braneva (violin), Emil Hüseynov (violin), Ceyhun Əzizov (fortepiano), Elçin Əliyev (klarnet) və Murad Abasov (fortepiano) öz ifalarını təqdim etdilər.
Konsertdə D.Şostakoviç, M.Qlinka, P.Çaykovski, F.List, A.Dvorjak, F.Şopen, S.Prokofyev, A.Məlikov, F.Pulenk, R.Şuman və başqa bəstəkarların müxtəlif janrlı əsərləri ifa edildi. Məharətli ifaları gənc musiqiçilərin böyük istedadından xəbər verir. İnanırıq ki, onlar gələcəyin məşhur musiqiçilərinə çevriləcək, Azərbaycanın adını daim ucaldacaqlar.

Fərdin İlhamoğlu,
BMA-nın tələbəsi, Üzeyir Hacıbəyli təqaüdçüsü







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar