Rusiyanın Lipetsk şəhərində dünya şöhrətli Azərbaycan müğənnisi Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş “Sevimli artistə ithaf...” adlı konsert olub.
Xeyriyyə tədbirini Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Lipetsk vilayət bölməsi Lipetsk şəhər Administrasiyasının mədəniyyət departamentinin dəstəyi ilə təşkil edib. Bildirilib ki, konsertdən yığılan vəsait əlil və valideyn himayəsindən məhrum olmuş uşaqlara yardım üçün istifadə ediləcək.
Tədbirin keçirildiyi “Oktyabr” kinoteatrında Müslüm Maqomayevin həyat və yaradıcılığının parlaq məqamlarını əks etdirən fotosərgi nümayiş olunub. Şəhər Administrasiyası mədəniyyət departamentinin sədri Viktor Dolqix və şəhər gənclər birliyinin rəhbəri Aleksey Bulqakov konsertin təşkilinə görə Azərbaycan diasporuna təşəkkürlərini bildiriblər.
Sonra Lipetsk vilayətinin tanınmış səhnə ustalarının ifasında Müslüm Maqomayevin repertuarından mahnılar səslənib.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar