Martın 14-də “Muğam televiziya müsabiqəsi - 2007”nin laureatı, xanəndə Vüsal Zamanov və VII beynəlxalq “Avrasiya səsləri” festivalının qalibləri Ədalət Behbudov (tar) və Pərviz Fərhadov (kamança) Horadiz şəhərindəki Muğam Mərkəzində “Qarabağ, canım mənim” adlı solo konsert proqramı ilə çıxış edəcəklər. Tədbir Füzuli Rayon İcra Hakimiyyəti və Mədəniyyət və Turizm Şöbəsinin dəstəyi ilə təşkil edilib.
Konsertdə Vüsal Zamanovu “Aypara” instrumental ansamblının üzvləri müşayiət edəcəklər. Gənc xanəndəni təbrik üçün onun ustadı, Xalq artisti, professor Arif Babayev, əməkdar artistlər Süleyman Abdullayev, Könül Xasıyeva, respublika muğam müsabiqəsinin qalibi, xanəndə Aytən Məhərrəmova və Azərbaycan Milli Konservatoriyasının tələbəsi Fərahim Əsədov gələcəklər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar