Martın 12-də Azərbaycan Dövlət Filarmoniyası Kamera və orqan musiqisi zalında fortepiano musiqisindən ibarət konsert keçirildi. Gecədə Prezident təqaüdçüsü, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyası nəzdində Mərkəzi Musiqi Məktəbinin tələbəsi Nazxanım Dadaşovanın ifası dinləyicilər tərəfindən alqışlarla qarşılandı. Konsert proqramında E.Qriq, A.Skryabin, P.Çaykovski və F.Şopenin əsərləri səsləndirildi.
Ötən il Qəbələdə keçirilən beynəlxalq musiqi festivalında çıxış edən ifaçı bu dəfə doğulduğu şəhərdə ilk konsertinin baş tutmasından çox şad olduğunu dedi. Gənc pianoçu Moskvada təhsili zamanı ona göstərilən diqqət və qayğıya görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya, Azərbaycanın Rusiyadakı səfirliyinə, eləcə də Bakıda təşkil olunan konsertdə əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.
Nazxanım Dadaşova pianoçuların Qara Qarayev adına I beynəlxalq müsabiqəsinin üçüncüsü, Nikolay Rubenşteyn adına XI beynəlxalq müsabiqənin qalibi və bir sıra müsabiqələrin laureatıdır. 2010-cu ildə ölkə Prezidentinin sərəncamı ilə adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilib.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar