İyunun 5-dən 15-dək Rusiya Federasiyasının Voronej şəhərində beynəlxalq Platonov incəsənət festivalı keçiriləcək. Festivalın rəsmi saytında yer alan məlumata görə, iyunun 7-də Xalq artisti Alim Qasımov və ansamblı festivalın “Dünya musiqisi” proqramı çərçivəsində Voronejin Opera və Balet Teatrında çıxış edəcək. Xanəndənin və ansamblının ifasında voronejlilər və festivalın qonaqları muğam janrı ilə daha yaxından tanış olacaqlar.
Böyük rus yazıçısı Andrey Platonovun adını daşıyan beynəlxalq incəsənət festivalı 2011-ci ildən Voronej vilayəti qubernatorunun himayəsi altında keçirilir. Festival musiqi, teatr, təsviri incəsənət və ədəbiyyat istiqamətlərini əhatə edir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar