Azərbaycanın Macarıstandakı səfirliyinin təşkilatçılığı ilə respublikamızın xalq artistləri, dirijor Yalçın Adıgözəlov və pianoçu Yeganə Axundova Budapeştdə uğurlu konsert proqramı ilə çıxış ediblər.
Macarıstan paytaxtının əsas incəsənət mərkəzlərindən biri olan “Duna Palota” sarayında “Dunay” simfonik orkestri azərbaycanlı dirijorun rəhbərliyi ilə məşhur alman bəstəkarı Lüdviq van Bethovenin əsərlərini ifa edib. Solo partiyalar pianoçu Yeganə Axundovanın ifasında səslənib. Tamaşaçıların arası kəsilməyən alqış sədaları altında dönə-dönə səhnəyə qayıtmağa məcbur olan azərbaycanlı sənətkarlar onlara həm də Azərbaycan musiqisinin nümunələrini - Fikrət Əmirovun “Min bir gecə” baletindən parçalar təqdim edib.
Macar musiqisevərləri azərbaycanlı musiqiçiləri yaxşı tanıyırlar. Yalçın Adıgözəlov və Yeganə Axundova dəfələrlə Budapeştdə konsert proqramları ilə çıxış ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar