“Kainat” Gənclik Mərkəzinin İSESCO, Azərbaycan Respublikası Mədəniyyət və Turizm, Gənclər və İdman, Xarici İşlər nazirliklərinin dəstəyi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının iştirakı ilə təşkil etdiyi İslam dünyası gənc (20 yaşadək) klassik musiqi ifaçılarının 3-cü beynəlxalq müsabiqəsinə hazırlıq davam edir. “Kainat” Gənclik Mərkəzindən verilən məlumata görə, müsabiqəyə Azərbaycan, İndoneziya, Küveyt, Misir, Mərakeş, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Bosniya və Herseqovina, Başqırdıstandan (Rusiya) ifaçılar qatılacaqlar.
Müsabiqənin cədvəlinə əsasən, aprelin 7-də Bakı Musiqi Akademiyasında Azərbaycandan yarışmaya qatılacaq iştirakçılar arasında seçim turu keçiriləcək. Aprelin 24-də isə Bakı Musiqi Akademiyasının böyük konsert zalında xarici ölkə nümayəndələrinin iştirakı ilə rəsmi açılış və beynəlxalq münsiflər heyəti qarşısında kiçik yaş qrupu üzrə dinləmələr olacaq. Ayın 25-də isə Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında böyük yaş qrupu üzrə dinləmələr keçiriləcək. Ayın 26-da bir qrup qonaq və təşkilat komitəsinin üzvləri televiziya proqramında çıxış edəcəklər. Həmçinin mədəni proqram çərçivəsində ekskursiyalar təşkil olunacaq. Həmin gün saat 18-də Bakı Musiqi Akademiyasının böyük konsert zalında müsabiqə qaliblərinin mükafatlandırılması və finalçıların qala-konserti olacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar