Xalq yazıçısı İsa Muğannanın “Odərlər” romanı yazıçı Şəmil Sadiqin tərtibatında bu dəfə alman dilinə tərcümə edilib. Bundan öncə roman eyni tərtibatda Azərbaycanda və Türkiyədə nəşr olunub.
Əsər alman dilində “O biri dünyanın yolçuları” adı ilə “Edition Winterwork” nəşriyyatında çap olunub. Ş.Sadiq bildirib ki, almaniyalı filoloq K.H.Kiehl tərəfindən tərcümə olunan roman Frankfurt kitab sərgisində də nümayiş etdiriləcək.