Dekabrın 22-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) tanınmış pianoçu, professor Rafiq Quliyevin (1934-2007) 80 illiyinə həsr edilmiş yubiley konserti olub.
Rafiq Quliyev 1957-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə bitirib. Sonra Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında oxuyub. 1960-cı ildə Zaqafqaziya musiqi ifaçılarının ilk müsabiqəsinin laureatı olub. Əmək fəaliyyətinə 1961-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında başlayan Rafiq Quliyev ömrünü peşəkar musiqiçi kadrların hazırlanmasına həsr edib.
Xatirə tədbirini Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli açaraq Rafiq Quliyevin həyat və yaradıcılığından söhbət açıb. Qeyd edib ki, onun tələbələri respublikada və onun hüdudlarından kənarda müvəffəqiyyətlə çalışırlar.
Sonra BMA tələbələrinin və müəllimlərinin ifasında İ.Bax, S.Raxmaninov, M.Ravel və digər bəstəkarların əsərləri səsləndirilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar