Sumqayıt şəhər Mədəniyyət evində şair Ənvər Əlibəylinin 100 illik yubileyinə həsr olunmuş “Sətirlərdə döyünən ürək” adlı tədbir keçirilib.
Tədbirdə bədii qiraət dərnəyinin üzvü Tuncay Hüseynovun ifasında şairin Türkan kəndinə ithaf etdiyi “Kəndimiz” şeiri, aparıcılar Türkan Mahmudova və Əlipaşa Paşayevin ifasında “Nəğmələr”, “Dalğalar arasında” şeirləri maraqla dinlənilib.
Mədəniyyət evinin “Zəminxarə” ansamblının müşayiəti ilə Mehman Əhmədovun, Vüsalə Hüseynovanın, Elvin Qasımovun, Kamil Ağazadənin ifasında şairin sözlərinə yazılmış mahnılar alqışlarla qarşılanıb. Tədbir özfəaliyyət kollektivinin üzvləri Kamil Ağazadə və Elvin Qasımovun ifasında “Azərbaycan” mahnısının ifası ilə sona yetib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar