Leyla Əliyevanın şeirlər toplusu Bakının kitab mağazalarında

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rus dilində çap olunmuş “Ulduzlar pillə-pillə düzülsəydi səmaya” (“Esli b zvezdı stupenkami stali”) adlı şeirlər toplusu Bakının kitab mağazalarında oxuculara təqdim olunur.
Kitaba SSRİ Dövlət mükafatı laureatı, Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi Andrey Dementyev ön söz yazıb.
“Səfərlərimdən biri Heydər Əliyevlə görüşlə xüsusi olaraq yadda qaldı. Biz iki saat Azərbaycan və rus ədəbiyyatından danışdıq və mən onun bədii yaradıcılıqdan incə anlayışına heyran oldum. Ailə ənənələrindən qaçmaq mümkün deyil. Yəqin ki, elə bu səbəbdən Leyla səmimi, istedadlı və parlaq yazır. Şairə oxucuları ilə ən yaxın adamları kimi baş-başa qalır, onlara öz qəlbini etibar edir”, - deyə Andrey Dementyev yazır.
Ön söz müəllifinin fikrincə, Leyla Əliyevanın mənəvi dürüstlüyü və səmimiliyi onun poeziyasının əsas üstün cəhətidir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar