22 iyul - Milli Mətbuat Günü ərəfəsində bir qrup azərbaycanlı jurnalist, yazıçı və şair Belarus İnformasiya Nazirliyinin “Zvezda” Dövlət Nəşriyyat Evinin fəxri fərmanına layiq görülüb.
“Zvezda” Nəşriyyat Evi ilə səmərəli əməkdaşlığa və Belarus-Azərbaycan mədəni və ədəbi əlaqələrinin inkişafında böyük töhfəyə görə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, yazıçı-tərcüməçi Afaq Məsud, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, “Mədəniyyət.az” jurnalının baş redaktoru Zöhrə Əliyeva, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, şairə Kəmalə Abiyeva, tənqidçi, ədəbiyyatşünas İradə Musayeva və yazıçı-tərcüməçi Kamran Nəzirli təltif olunublar.
Qeyd edək ki, “Zvezda” Dövlət Nəşriyyat Evinin direktoru və eyniadlı qəzetin baş redaktoru Aleksandr Karlyukeviç Belarus Yazıçılar İttifaqının Minsk vilayəti üzrə sədri, həm də Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar