İyunun 17-də Beynəlxalq Muğam Mərkəzində “Buta” instrumental ansamblının müşayiəti ilə muğam konserti keçiriləcək. Ansamblın bədii rəhbəri Rövşən Qurbanovdur. Konsertdə gənc xanəndələr - Güllü Muradova, Mirələm Mirələmov və Könül Tağıyevanın ifasında muğamlarımızla yanaşı, xalq və bəstəkar mahnıları da səsləndiriləcək.