Azərbaycanın dünya şöhrətli muğam ifaçısı Alim Qasımov Malayziyada keçiriləcək “DiverseCity 2015: Kuala-Lumpur” beynəlxalq incəsənət festivalında (KLIAF) çıxış edəcək. Sentyabr ayında keçiriləcək festivalda Hindistan, Azərbaycan, Tailand, Pakistan, Yaponiya və Koreya Respublikasından rəqs, musiqi, ədəbiyyat və teatr sahəsində tanınmış sənətkarların iştirakı gözlənilir.
Azərbaycanlı sənətçi festival çərçivəsində pakistanlı qaval ustaları Mehr Əli və Şer Əli ilə muğam və qaval sənətinin birgə improvizasiyasını təqdim edəcək.
Festivalın təşkilatçısı olan Malayziyanın “Pusaka” şirkətinin internet saytında (www.senipusaka.com) muğam ustası Alim Qasımov haqqında xüsusi məlumat yerləşdirilib.