İyunun 18-də Heydər Əliyev Sarayında gənc muğam ifaçılarının sayca altıncı “Gəncləşən muğam” adlı konserti keçirilib. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru Lalə Hüseynova çıxış edərək konsertin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda birinci Avropa Oyunları çərçivəsində keçirildiyini bildirib.
Diqqətə çatdırılıb ki, ənənəvi olaraq hər il keçirilən “Gəncləşən muğam” layihəsinin rəhbərləri Xalq artisti, professor Mənsum İbrahimov və əməkdar artistlər - tarzən Elçin Həşimov və kaman ifaçısı Elnur Əhmədovdur. Xalq artisti Mənsum İbrahimov çıxış edərək layihə haqqında məlumat verib.
Konsertdə 17 muğam ifaçısı çıxış edib. Onların hamısı Azərbaycan Milli Konservatoriyasının tələbələridir. Proqramda zərb muğamlar, muğam-təsniflər, xalq mahnıları ilə yanaşı, bəstəkar mahnıları da səsləndirilib.