Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının gənc və istedadlı solisti, Əməkdar artist, Prezident mükafatçısı Afaq Abbasova iyunun 20-dən 27-dək Türkmənistanda TÜRKSOY xətti ilə keçiriləcək tədbirdə çıxış edəcək. Türk dünyasının məşhur vokal ustalarının iştirakı ilə konsertlər iyunun 23-də Marı, iyunun 25-də isə Türkmənabad şəhərlərində keçiriləcək.
Afaq Abbasova həmin konsertlərdə Türkmənistan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrənin və Fikrət Əmirovun “Sevil” operasından Sevilin ariyalarını ifa edəcək.