Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçu Avropada konsert turuna hazırlaşır. Bu barədə məlumat verən müğənni qeyd edib ki, konsertin Düsseldorf, Hamburq, London, Kopenhagen, Stokholm, Sürix və başqa şəhərlərdə keçirilməsi planlaşdırılır.
Silsilə konsertlərin təşkilati işləri ilə Y.Zurufçunun Avropadakı meneceri və orada böyük konsertlərin təşkilatçısı olan şirkət məşğuldur. Müğənnini konsertlərdə Azərbaycanın qadınlardan ibarət ansamblı müşayiət edəcək.
Əməkdar artist deyib: “Biz Avropa tamaşaçısına Azərbaycan qadınının musiqidəki məharətini də nümayiş etdirmək istəyirik. Ansamblın rəhbəri Xalq artisti Ramiz Quliyev olacaq. Birinci konsertimiz 2016-cı ilin aprelində Almaniyanın ən gözəl şəhərlərindən olan Düsseldorfda üç min nəfərlik “Tonhalle” konsert zalında keçiriləcək.