Musiqi ilə müntəzəm məşğul olmaq yeniyetməlik dövründə beynin strukturunu dəyişir. Nəticədə yaradıcı təfəkkür qabiliyyəti ilə yanaşı, səs yaddaşı inkişaf edir.
Amerika mütəxəssisləri 40 məktəblini iki qrupa bölərək apardıqları tədqiqatdan bu nəticəyə gəliblər.
Uşaqların bir qrupu həftədə 2-3 dəfə musiqi ilə məşğul olub, qalanları idman seksiyalarına gediblər. Eksperimentin əvvəlində alimlər sınaqdan keçirilənlərin musiqiyə reaksiyasını qiymətləndiriblər. Üç ildən sonra təcrübə təkrarlanıb. Alimlər “musiqi” qrupundan olan uşaqların baş beynində müvafiq dövrdə musiqi yaddaşı ilə bağlı nahiyələrin inkişafını göstərən dəyişikliyi müşahidə ediblər.
Tədqiqatın müəllifi Nina Krauz araşdırmanın nəticələrini şərh edərək deyib: “Məhdud maliyyələşmə şəraitində musiqi dərsləri təhsil sahəsində ilk növbədə ixtisara salınanlar sırasında olur. Bizim işimiz sübut edir ki, istənilən orta məktəbdə musiqiyə mütləq yer olmalıdır”.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar