2016-cı il yanvarın 24-də Parisin “Champs-Elysees” teatrında Lamuryö orkestri Fransa, Rusiya və Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirəcək. Teatrın saytında verilən məlumata görə, “Haute couture” adlı konsert proqramında Qara Qarayevin “Yeddi gözəl” baleti də yer alıb. Orkestrə Antoine Marguier dirijorluq edəcək.