Avropa Aralıq dənizi Musiqi Akademiyası Bakıda xeyriyyə konserti verəcək və ustad dərsləri keçəcək. Bu barədə Vasili Safonov adına Rusiya Şimali Qafqaz Dövlət Akademik Filarmoniyasının baş dirijoru Əyyub Quliyev məlumat verib.
Tədbir dahi bəstəkar Üzeyir Hacıbəylinin 130 illik yubileyi münasibətilə sentyabrın 18-dən 28-dək Bakıda keçiriləcək beynəlxalq musiqi festivalı çərçivəsində təşkil olunacaq. Sentyabrın 22-də Azərbaycan Dövlət Filarmoniyasında konsert olacaq. Konsertdə Ə.Quliyevin rəhbərliyi ilə simfonik əsərlər ifa ediləcək.
Əyyub Quliyevin sözlərinə görə, Avropa Aralıq dənizi Musiqi Akademiyası təmsilçilərinin səfəri Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək.
Onun sözlərinə görə, İtaliya, İspaniya və Suriyadan üç musiqiçi Bakıya gələcək: "Onlar həmin akademiyanın üzvləridir. Hər üç solist Dövlət Filarmoniyanın səhnəsində Üzeyir bəyin və Azərbaycanın digər bəstəkarlarının klassik musiqi əsərlərini səsləndirəcəklər".
Akademiya münaqişə zonalarda, müharibə gedən regionlarda yaşayan istedadlı musiqiçilərə təmənnasız olaraq ustad dərsləri keçir və onların musiqi fəaliyyətlərinə yaxından kömək edir.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar