Teylor Svift "İlin videosu" nominasiyasında əsas mükafatı qazanıb

MTV kanalı növbəti musiqi mükafatlarının qaliblərini elan edib. Amerikalı müğənni Teylor Svift ən yaxşı musiqi kliplərinə görə "İlin videosu" nominasiyasında “MTV Video Music Awards” mükafatının laureatı olub.
Müğənni mükafata sonuncu - "1989" albomundakı amerikalı rep müğənnisi Kendrik Lamarla birgə yazdırdığı Bad Blood mahnısına çəkilən klipinə görə layiq görülüb.
Teylor Svift, həmçinin “Blank Space” adlı digər videoklipinə görə "Ən yaxşı qadın videosu" və "Ən yaxşı pop videosu" mükafatlarını da qazanıb.
MTV video mükafatı populyar musiqi kompozisiyalarının video versiyalarına görə, aralarında "Ən yaxşı qrup", "Ən yaxşı debüt", "Ən yaxşı ifaçı", "Ən yaxşı rejissor" və "İlin ən yaxşı videosu" da olmaqla, 15 nominasiya üzrə təqdim edilir.