Berlində ənənəvi olaraq hər il keçirilən "Young Euro Classic" musiqi festivalı çərçivəsində "Avropanın ən yaxşı bəstəkarı" müsabiqəsinin nəticəsi açıqlanıb.
Avropa Gənclik Orkestrinin və Almaniya Dostluq Qrupu Dərnəyinin təşkilatçılığı ilə reallaşan festival çərçivəsində təqdim olunan mükafata türk əsilli, gənc pianoçu-bəstəkar Sinem Altanın "Hafriyat" adlı əsəri layiq görülüb. Böyük orkestrlər üçün yazılan bu musiqi əsəri Avropa üzrə gənc bəstəkarların təqdim etdiyi 9 klassik musiqi əsəri arasından seçilib.
Festivalda bu əsəri Türkiyə Gənclik Filarmoniyası Orkestrinin (TGFO) böyük musiqi kollektivi ifa edib. Qeyd edək ki, gənc bəstəkara mükafat və hədiyyələrlə yanaşı, 5 min avro pul da təqdim olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar