Avrasiya Yazarlar Birliyinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsinə Azərbaycan üzrə hekayələrin qəbulu başa çatıb.
34 müəllifin 44 hekayəsinin təqdim olunduğu müsabiqənin nəticələri beş ekspert tərəfindən 10 ballıq sistemlə qiymətləndiriləcək. Qaliblər sentyabrın 30-da elan olunacaq. Təqdimetmə mərasiminin isə oktyabr-noyabr aylarında baş tutacağı planlaşdırılır.
Qalib olan hekayə Türkiyədəki beynəlxalq müsabiqəyə göndəriləcək və beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Beynəlxalq mükafatlandırma mərasimi isə bu ilin dekabr ayında Almatıda keçiriləcək.
Qeyd edək ki, müsabiqədə mükafat qazanan əsərlərin bütün hüquqları Avrasiya Yazarlar Birliyinə məxsusdur.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar