Sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) ümumrespublika radio yayımı üçün, “CBC Sport” MMC-nin ümumrespublika idman televiziya kanalının yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi barədə müraciətlərinə baxılıb.
“Televiziya və radio yayımı haqqında” qanuna uyğun olaraq, “ASAN xidmət” radiosuna (100 MHs tezliyində) və “CBC Sport” idman televiziya kanalına (37 MHs tezliyində) yayımı üçün müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilib.